Türkiyədə növbəti zəlzələ olub.
Yeraltı təkanın ocağı Osmaniyə vilayətinin Sumbas rayonunda 7 km dərinlikdə qeydə alınıb və maqnitudası 4,2 bal gücündə olub.
***
21:39
Türkiyənin Aralıq dənizi sahillərində 5.1 maqnitudalı zəlzələ qeydə alınıb.
"Bakupost" xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Yeraltı təkanlar yerli vaxtla saat 19:49-da (Bakı vaxtı ilə saat 20:49-da) baş verib. Zəlzələnin İstanbul da daxil olmaqla, bir sıra böyük şəhərlərdə hiss olunduğu bildirilir.
Zəlzələnin episentri Aralıq dənizində yerləşib. Təkanların Muğla vilayətinin Datça rayonundan 253.19 kilometr məsafədə qeydə alındığı bildirilib.
Zəlzələnin ocağı 9.07 kilometr dərinlikdə yerləşib.