Ru
21:48 / 02 Noyabr 2026

Vensin bu geyimi sosial şəbəkələrdə lağa qoyuldu - VİDEO

Eye

ABŞ-nin vitse-prezidenti Cey Di Vens Hellouin bayramı münasibətilə “Harri Potter” filmindəki Hoqvarts məktəbinin direktoru Albus Dambldorun geyimində görüntülənib.


“Bakupost” xəbər verir ki, bu barədə “Daily Mail” yazıb.

Yayılan kadrlarda Vens iyul ayında dünyaya gələn kiçik oğlu Aleki qucağında saxlayır. Vitse-prezident uzun, ağarmış parik və sehrbaz mantiyası geyinib. Oğlu isə uzun qulaqlı papaq taxaraq “Harri Potter”in ev elfi Dobbini canlandırıb.

“Salam, uşaqlar! Bu, vitse-prezident Dambldor və balaca elf Dobbidir. Hellouin bayramınız mübarək! Əylənin, ehtiyatlı olun və çoxlu şirniyyat yeyin”, – deyə Vens bildirib.

Lakin sosial şəbəkə istifadəçilərinin buna reaksiyası birmənalı olmayıb. Onlar vitse-prezidentin geyimini ələ salaraq onun yeni antirekordlara imza atdığını yazıblar.

Xatırladaq ki, Vensin parik geyinməsi ilk hal deyil, belə ki, internetdə onun analoji obrazlarda olan köhnə fotoları yenidən gündəmə gəlib və şəbəkədə “Bu adam heç vaxt prezident ola bilməyəcək” kimi şərhlər yazılıb.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar