Ru
20:27 / 15 May 2025

Məktəblərdə yay tətili qısaldılır?

Məktəblərdə yay tətili qısaldılır?
Eye

“Məktəblərdə tədris müddətinin artırılması və yay tətilinin qısaldılması məsələsi cəmiyyət üçün sadəcə təqvim dəyişikliyi deyil, həm də pedaqoji və sosial nəticələri olan ciddi qərardır”.

Bu sözləri Bakupost.az-a açıqlama verən Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin direktoru Kamran Əsədov qeyd edib.

Ekspertin sözlərinə görə, sosial şəbəkələrdə yay tətilinin uzunluğu ilə bağlı səsləndirilən: “bizdə 3 ay, Avropada isə cəmi 6-7 həftədir” fikri haqlı görünə bilər:

“Ancaq bu müqayisələr kontekstdən kənar aparıldığı zaman yanıldıcı olur. Tədris müddətinin artırılması yalnız rəsmi günlərin çoxalması ilə deyil, bu müddətin nə dərəcədə effektiv istifadə olunduğu ilə ölçülür.

Statistik olaraq, Azərbaycanda məktəblərin tədris ili sentyabrın 15-dən iyunun 14-dək davam edir və bu, təxminən 34 həftəlik bir dövrü əhatə edir. Bu isə, texniki baxımdan, bir çox Avropa ölkəsindəki – məsələn, Almaniyada və ya Danimarkada 38-40 həftəlik - tədris müddətindən qısadır. Amma burada əsas məsələ dərs ili deyil, tədrisin keyfiyyəti və intensivliyidir. Yay tətilinin qısaldılması məsələsi isə digər həssas məsələdir. 3 aylıq yay tətili sovetdənqalma bir sistemin mirasıdır və bir çox hallarda bu müddət effektiv istifadə olunmur. Amma məsələ təkcə uzun tətildə deyil. Digər tərəfdən, Azərbaycan ailə modeli hələ də yay tətilini ailəvi birlik, kəndə getmək, babagilə yollanmaq, yay məktəblərində iştirak və fərdi inkişaf üçün istifadə edir. Yay tətili təkcə dərsdən uzaqlaşma deyil, həm də sosial və emosional inkişaf üçün önəmlidir. Əgər tədris müddəti artırılacaqsa, bu zaman yay aylarında məktəb daxili yay məktəbləri, seçmə kurslar, istedadlı uşaqlar üçün əlavə inkişaf proqramları tətbiq olunmalıdır. Yəni məcburi ümumi dərs yox, seçimli və maraq əsaslı fəaliyyətlər təşkil olunmalıdır”.

Aygün, Bakupost.az

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar