Ru
22:57 / 04 Mart 2026

Deputatın həyat yoldaşı casusluq şübhəsi ilə saxlanıldı

Deputatın həyat yoldaşı casusluq şübhəsi ilə saxlanıldı
Eye

Böyük Britaniyada üç nəfər Çinin xarici kəşfiyyat xidmətinə yardım etməkdə şübhəli bilinərək saxlanılıb.

Bakupost.az Publika.az-a istinadən xəbər verir ki, saxlanılanlardan biri Leyboristlər Partiyasından deputat Coani Reydin həyat yoldaşı Devid Teylordur.

Coani Reyd məsələ ilə bağlı açıqlama verib. O bildirib ki, həyat yoldaşının biznes fəaliyyətində iştirak etmir və nə özü, nə də uşaqları bu istintaqın bir hissəsidir.

"Mən heç vaxt həyat yoldaşımın hər hansı qanunu pozduğunu düşünməyə əsas verən bir şey görməmişəm", - deyə Reyd vurğulayıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar