Ru
22:33 / 04 Mart 2026

Sosial şəbəkə istifadəçilərinin nəzərinə: 2 min manat CƏRİMƏ, 2 ay HƏBS...

Sosial şəbəkə istifadəçilərinin nəzərinə:  2 min manat CƏRİMƏ, 2 ay HƏBS...
Eye

Azərbaycanda “TikTok” və digər sosial şəbəkələrdə qeyri-etik paylaşımlara görə inzibati məsuliyyət tətbiq edilir. 2026-cı ildən qüvvəyə minən dəyişikliklərdən sonra ictimai mənəviyyata zidd hərəkətlərə görə cərimə və həbs qərarları artır.

Bakupost.az Metbuat.az-a istinadla xəbər verir ki, 26 yanvar 2026-cı ildən etibarən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi-nə əlavə edilən 510.2-ci maddə internet informasiya ehtiyatlarında kütləvi nümayiş zamanı ictimai mənəviyyatı təhqir edən hərəkətləri, cəmiyyətə açıq hörmətsizlik ifadə edən jest və əxlaqsız ifadələri, eləcə də insan bədəninin hissələrinin milli-mənəvi dəyərlərə zidd formada göstərilməsini qadağan edir.

Qanuna əsasən, bu əməllərə görə ilk dəfə 500 manatdan 1000 manatadək cərimə və ya 30 günədək inzibati həbs tətbiq olunur. Eyni əməl bir il ərzində təkrar törədilərsə, 1000 manatdan 2000 manatadək cərimə və ya 1 aydan 2 ayadək inzibati həbs nəzərdə tutulur.

Daxili işlər orqanları sosial şəbəkələrdə yayılan görüntüləri monitorinq edir. Həmçinin vətəndaş müraciətləri və şikayətlər əsasında da araşdırma aparılır. Qayda pozuntusu müəyyən edildikdə inzibati protokol tərtib olunur və iş məhkəməyə göndərilir. Artıq “TikTok”da qeyri-etik paylaşımlara görə 3 nəfər saxlanılıb.

Qeyd edək ki, açıq profillərdə və geniş auditoriyaya yönəlmiş paylaşımlar “kütləvi nümayiş” kimi qiymətləndirilir və bu hallar məsuliyyət yaradır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar