Ru
22:22 / 14 Noyabr 2026

Bakıda təhlükəli vəziyyət - VİDEO

Bakıda təhlükəli vəziyyət - VİDEO
Eye

Bakının Yasamal rayonunda, İnşaatçılar prospektindən Bakıxanov küçəsi istiqamətinə gedən yolda təhlükəli vəziyyət yaranıb.


"Bakupost" Baku TV-yə istinadla bildirir ki, prospekt istiqamətindən gəlib sağa dönmək istəyən avtomobillər üçün 24 saat yaşıl işıq yansa da, dönmə manevrinin qarşısında piyada keçidi yerləşir.

Bu zaman həm sürücülər, həm də piyadalar üçün yaşıl işıq yandığından hər iki tərəf hərəkətdə üstünlüyə malik olduğunu düşünür.


Nəticədə sürücülər qarşılarına çıxan piyadaları vurmamaq üçün qəfil əyləci sıxırlar. Arxadan gələn avtomobillər isə vaxtında dayana bilmədikdə toqquşma təhlükəsi yaranır.

Sakinlərin və sürücülərin dediklərinə görə, xüsusilə, axşam saatlarında həmin ərazidə qəzalar baş verir.

Nəqliyyat eksperti Elməddin Muradlı mövzu ilə bağlı danışarkən bildirib ki, həmin ərazidə piyada keçidinin quruluşu və yerləşdiyi nöqtə təhlükəlidir:

"Sözügedən ərazidə illərdir mövcud olan problem həllini tapmayıb. Daimi yaşıl işıq sürücüləri piyadalarla qarşılaşdıqları zaman riskli vəziyyətə salır. Digər tərəfdən, piyadalar da yolu təhlükəsiz şəkildə keçməkdə çətinlik çəkirlər. Burada dəfələrlə qəza olub".


Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar