Ru
21:48 / 14 Noyabr 2026

Fransada növbəti etiraz aksiyası: polis müdaxilə etdi

Fransada növbəti etiraz aksiyası: polis müdaxilə etdi
Eye

Fransada bu gün də hökumət əleyhinə etiraz aksiyası keçirilib.


"Bakupost" xəbər verir ki, Paris polisi prefekturasının məlumatına görə, paytaxtda Respublika meydanından başlayan yürüş günün sonuna yaxın Millət meydanında insidentsiz başa çatıb. Bununla belə, Şalinyi küçəsində kiçik bir qrupun hüquq-mühafizə orqanlarının əməkdaşlarına müxtəlif əşyalar atması səbəbindən polis etirazçıları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.

Polis mənbələrinin məlumatına görə, Paris istisna olmaqla, ölkə üzrə aksiyalarda 70–120 min nəfərin iştirakı gözlənilirdi. Paytaxtda isə 30–60 min nümayişçinin toplaşacağı proqnozlaşdırılmışdı.

Daxili işlər naziri Loran Nünezin açıqlamasına əsasən, təhlükəsizliyin təmin olunması üçün ölkə üzrə təxminən 70 min polis və jandarm səfərbər edilib.

Dövlət sektorunun həmkarlar ittifaqları noyabrın 17-də də ümumxalq tətili və etiraz aksiyaları keçirməyə çağırıblar.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar