Ru
23:21 / 15 May 2025

Zelenski İstanbula onları göndərir - Adlar

 Zelenski İstanbula onları göndərir - Adlar
Eye

Ukrayna lideri Volodimir Zelenski İstanbulda Rusiya ilə danışıqlar aparacaq nümayəndə heyətinin tərkibini rəsmən təsdiqləyib.

Bakupost.az xəbər verir ki, müvafiq fərmanı Ukrayna prezidentinin rəsmi saytında dərc olunub.


Sənədin mətnində deyilir: “Ukraynanın beynəlxalq tərəfdaşları – Türkiyə Respublikası və Amerika Birləşmiş Ştatlarının nümayəndə heyətləri, habelə Rusiya Federasiyasının nümayəndələri ilə danışıqlar prosesində iştirak etmək üçün Ukrayna nümayəndə heyəti aşağıdakı tərkibdə formalaşdırılsın:

Nümayəndə heyətinin rəhbəri Ukraynanın müdafiə naziri Rustem Umerov təyin edilib. Heyətin tərkibində həmçinin Ukrayna Xarici İşlər Nazirliyi rəhbərinin birinci müavini Sergey Kislitsa, Təhlükəsizlik Xidməti sədrinin müavini Aleksandr Poklad, Xarici Kəşfiyyat Xidməti sədrinin birinci müavini Oleq Luqovski, Ukrayna Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini Aleksey Şevçenko, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəis müavini Vadim Skibitski daxildir.

Sənəddə həmçinin bildirilir ki, Umerov nümayəndə heyətinin tərkibində dəyişiklik edə bilər.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar