Ru
21:14 / 15 Aprel 2026

ABŞ-də yeni bombardmançı təyyarənin ilk fotosu göstərildi

ABŞ-də yeni bombardmançı təyyarənin ilk fotosu göstərildi
Eye

ABŞ-nin "B-21 Raider" strateji bombardmançısı ilk dəfə üst hissəsinin tam göründüyü fotoşəkildə nümayiş etdirilib.

Bakupost.az TWZ nəşrinə istinadən xəbər verir ki, daha əvvəl istehsalçı yalnız ön və yan tərəflərin şəkillərini dərc etmişdi.

Şəkil "Northrop Grumman" şirkəti tərəfindən təqdim olunub və havada yanacaqdoldurma sınaqları zamanı çəkilib. Şirkətdən bildiriblər ki, istehsal infrastrukturunun yaradılmasına beş milyard dollardan çox vəsait ayrılıb. İlk təyyarələrin 2027-ci ildə Ellsuort aviabazasına daxil olacağı gözlənilir.

Bildirilir ki, "B-21" ölçülərinə görə silahlanmada olan "B-2 Spirit" stels-bombardmançılarından kiçikdir, lakin daha böyük uçuş məsafəsinə malikdir. Qiymətləndirmələrə görə, yeni model, ehtimal ki, sələfindəki dörd mühərrik əvəzinə iki mühərriklə təchiz olunub.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar