ABŞ-ın İran limanlarına daxil olan və oradan çıxan gəmilərə tətbiq etdiyi blokadanın ilk 48 saatı ərzində heç bir gəmi ABŞ qüvvələrinin səddini keçə bilməyib.
Bakupost.az xəbər verir ki, bu barədə ABŞ mərkəzi komandanlığının məlumatında deyilir.
"Bundan əlavə, 9 gəmi ABŞ qüvvələrinin göstərişlərinə tabe olaraq geri dönüb və İran limanlarına və ya sahil bölgələrinə qayıdıb",- məlumatda qeyd olunub.