Ru
20:59 / 15 Aprel 2026

Ölkəmizdə ÜDM azaldı - Ekspertdən həyəcan təbili

Ölkəmizdə ÜDM azaldı - Ekspertdən həyəcan təbili
Eye

Ölkəmizdə iqtisadi artım çox zəifdir. 2025-də ÜDM artımı cəmi 1.4% olub. Rəsmi hesabatlarda açıq yazılır ki, artımın zəifləməsi neft hasilatının düşməsi ilə bağlıdır.

Bakupost.az xəbər verir ki, bu barədə iqtisadçı ekspert Razi Abasbəyli qeyd edib.

“Ölkəmizdə sənaye artımı 0.1% – 0.2% olub. Bu, fəlakətdir. Aqrar sektorda da vəziyyət ürəkaçan deyil. Ölkəmizdə kənd təsərrüfatı artımı 1–1.4 faizdir.

Rəsmi olaraq infilyasiya 5-6 faiz göstərilir. Amma realda qimət artımı daha çox hiss olunur. Xüsusilə ərzaq qiymətlərində artım az qala günbəgün hiss olunur.

Azərbaycanda 2026-cı ilin ilk 3 ayı - yanvar-mart - üçün ÜDM isə 29.7 milyard manatdır. Rəsmi açıqlamaya görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,3% azalma deməkdir.

Neft-qaz sektoru 1.2 faiz azalıb. Əvəzində qeyri-neft sektoru 0.2 faiz inkişaf edib.

İstehlak qiymətləri indeksi - 105.7%. Və pərakəndə ticarət dövriyyəsi 3.7% faiz artıb. Bu artım əhalinin alıcılıq qabiliyyətinin yüksəlməsi deyil, qiymətlərin artması və infilyasiya göstərici deməkdir.

Ölkəmizdə adambaşına ÜDM 2014 cü ildə 7991 dollar, 2025-ci ildə isə 7413 dollar olub”, - o bildirib.
Ekspert xatırladıb ki, Cənubi Qafqaz ölkələrində artım Gürcüstanda 6–7%, Ermənistanda 4–5%.

Asena,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar