Yunanıstanın Santorini adasında fevral-mart aylarında baş verən seysmik dalğalanmalar səbəbilə mülki müdafiə tədbirləri həyata keçiriləcək.
Bakupost.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, ehtiyat tədbirləri 15 noyabr tarixinə qədər qüvvədə olacaq.
Tədbirlər, həm adada yaşayanları, həm də adaya gələn turistləri qorumağı hədəfləyir və kütləvi yığıncaqların qarşısını almağı məqsəd qoyur.
Bu çərçivədə, limanlarda bərələrlə avtomobillərin girişi və çıxışlarının tənzimlənməsi, bəzi sahələrin təcili vəziyyət zonasına ayrılması, zəlzələ zamanı sürüşmə təhlükəsi olan ərazilərə girişin qadağan edilməsi nəzərdə tutulur.
Aysel,
BakuPost