Dünən axşam saatlarında Qara dəniz sahillərində yaşayan sakinlər səmanı işıq saçan obyektin keçdiyini müşahidə ediblər.
Bakupost.az 93.ru-ya istinadən xəbər verir ki, Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası laboratoriyasının mütəxəssisləri qeyd edirlər ki, bu yanan obyekt Qara dəniz üzərində parçalanmış kiçik – təxminən yarım metr ölçüdə meteoritə aid ola bilər,.
Eyni zamanda, astronomlar bildirirlər ki, fraksiyalanma xüsusiyyətlərinə əsaslanaraq hadisənin texnogen obyektlə də əlaqəsi mümkündür. Yəni hadisənin tam təbiəti hələlik dəqiqləşdirilməyib və əlavə araşdırmalar aparılır.
Belə hadisələr meteorların atmosferə daxil olması və qismən yanaraq parçalanması ilə bağlı olur və nadir hallarda dəniz kimi böyük su hövzələri üzərində görünür.
Fateh, BakuPost