Ru
13:40 / 12 Mart 2026

“Krokus City Hall” terrorunu törədənlərə hökm oxundu – Ən ağır cəzalar

“Krokus City Hall” terrorunu törədənlərə hökm oxundu – Ən ağır cəzalar
Eye

Moskvadakı “Krokus City Hall” konsert zalında 2024 cü ildə törədilmiş terror aktı ilə bağlı məhkəmə prosesi başa çatıb. Rusiya Hərbi Məhkəməsi bu gün (12 mart) hökmü elan edib.

Bakupost.az “İnterfaks”a istinadən xəbər verir ki, məhkəmənin qərarına əsasən, cinayəti törədənlər – Dələrcan Mirzəyev, Şəmsəddin Fəriduni, Məhəmmədsabir Fəyzov və Müdrədəli Səidəkrəm Rəcəbəlibizadə ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Onlar cəzalarını xüsusi rejimli cəzaçəkmə koloniyasında çəkəcək.

Məhkəmə işi üzrə ümumilikdə 19 nəfər məsuliyyətə cəlb olunub. Onlardan başqa 11 nəfər də əsas icraçılarla birlikdə ömürlük həbs cəzası alıb, əlavə olaraq dörd nəfər 19 il 11 aydan – 22 il 6 aya qədər müddətə azadlıqdan məhrum edilib.

Prosesdə zərərçəkmişlərin iddiaları da dinlənilib və məhkəmə onların kompensasiya tələblərini təmin edib. Zərərçəkmişlər və qurbanların ailələri 150–200 milyon rubl aralığında kompensasiya istəmişdilər.

Terror aktı 2024 cü il 22 martında baş verib. Musiqi qrupunun konserti öncəsi silahlı şəxslər zalda insanlara atəş açıb və binanı yandırmışdılar. Hadisə nəticəsində 147 dən çox insan həlak olub, yüzlərlə şəxs yaralanıb, binalar böyük ziyan görmüşdü.

İstintaq məhkəmədə terror aktının planlaşdırılmasını və həyata keçirilməsini xüsusi diqqətlə araşdırıb və təqsirləndirilənlərin məsuliyyətə tam cəlb olunduğunu qeyd edib.

Qeyd edək ki, “Krokus” şirkəti Azərbaycanlı iş adamı Araz Ağalarova məxsusdur.

Cavid, BakuPost
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar