Ru
14:21 / 12 Mart 2026

Xərçəngin dərmanı 60 il əvvəl tapılıb?

Xərçəngin dərmanı 60 il əvvəl tapılıb?
Eye

Xərçəngin müalicəsinin 60 il əvvəl kəşf edilib gizli saxlanıldığı iddiaları ABŞ-da müzakirə olunur.

Bakupost.az Medicina.az-a istinadən xəbər verir ki, məsələnin ön plana çıxmasının səbəbi köhnə bir kəşfiyyat sənədinin yeni tibbi patentlə birlikdə paylaşılmasıdır. 1951-ci il hesabatında Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) sovet alimləri ilə xərçəng şişləri arasında bəzi oxşarlıqlar aşkar etdiyi bildirilirdi.

Bu hesabat illərdir gizli qalmış və 2014-cü ildə məxfilikdən çıxarılaraq dərc edilmişdir. İllər sonra, 2021-ci ildə Con Hopkins Universiteti antiparazitar dərman mebendazolun bəzi xərçəng növlərinə qarşı təsirli olub-olmadığını araşdıran bir patent dərc etdi. Bu məlumatların birləşdirilməsi "xərçəngin müalicəsinin gizli saxlanıldığı" iddiasına gətirib çıxardı. Lakin, mütəxəssislərin fikrincə, mövcud tədqiqatlar qəti xərçəng müalicəsinin tapıldığını göstərmir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar