Müharibə dövründə İranın paytaxtı Tehran şəhərində ictimai nəqliyyat pulsuz olacaq.
Bakupost.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Tasnim” xəbər agentliyi Tehran qubernatoruna istinadla məlumat yayıb.
Məlumata görə, bu siyasətin məqsədi xalqı dəstəkləmək və yanacaq istehlakını idarə etməkdir.
Qeyd edək ki, İsrail və ABŞ 28 fevraldan İrana qarşı hərbi əməliyyata başlayıb.