Ru
14:16 / 15 May 2025

Arif Babayevə Heydər Əliyev Mükafatı təqdim olundu - FOTO

Arif Babayevə Heydər Əliyev Mükafatı təqdim olundu -  FOTO
Eye

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin 8 may 2025-ci il tarixli Sərəncamı ilə görkəmli muğam ustadı, pedaqoq, Xalq artisti Arif Babayev Heydər Əliyev Mükafatına layiq görülüb. Sənətkar Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə görə bu ali mükafatla təltif olunub.

Bakupost.az xəbər verir ki, mayın 14-də Prezident Administrasiyası Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva mükafatı Xalq artisti Arif Babayevin evində sənətkara təqdim edib.

Fərəh Əliyeva Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın salamlarını və təbriklərini ustad xanəndəyə çatdırıb.

Arif Babayev Ümummilli lider Heydər Əliyevin mədəniyyətimizin, o cümlədən muğam sənətinin inkişafını daim diqqətdə saxladığını, qayğı göstərdiyini vurğulayıb. O, Ulu öndərin adını daşıyan bu ali mükafata layiq görülməsini həm də muğam sənətinə verilən yüksək qiymət kimi səciyyələndirib, Prezident İlham Əliyevə dərin təşəkkürünü bildirib.

Sənətkar bu günlərdə doğma yurdu Ağdamda Muğam Mərkəzinin istifadəyə verilməsini böyük sevinc və qürur hissi ilə qarşıladığını deyib: "Ağdam Muğam Mərkəzinin açılış mərasimini televiziyadan izləyirdim. Konsertdə, xüsusilə, "Qarabağ şikəstəsi"nin ifası zamanı göz yaşımı saxlaya bilmədim. Var olsun möhtərəm Prezidentimiz, Qarabağımızı bizə qovuşdurdu. İndi mədəniyyətimiz, muğamımız da o torpaqlara qaytarılır. İnanıram ki, Azərbaycan muğamı Qarabağda yenidən canlanacaq. Ağdamdakı Muğam Mərkəzi bu sahədə böyük rol oynayacaq.

Qarabağımızda mədəniyyəti belə sürətlə dirçəltdiyinə görə möhtərəm Prezident İlham Əliyevə, muğamımızın dünya şöhrəti qazanmasına davamlı dəstək verən Heydər Əliyev Fonduna və onun rəhbəri, əzizimiz Mehriban xanıma dərin minnətdarlığımı bildirirəm".


Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar