Ru
12:07 / 21 Sentyabr 2022

"Tələbələrin ayaq üstə qidalanması daha gözəl görünür” - Universitetdən açıqlama- Yenilənib-VİDEO

"Tələbələrin ayaq üstə qidalanması daha gözəl görünür” -  Universitetdən açıqlama- Yenilənib-VİDEO
Eye

***

12:07


Odlar Yurdu Universitetinin prorektoru Qabil Qafarov məsələ ilə bağlı açıqlama verib:


“Biz xarici ölkələrdə, onların ali təhsil müəssisələrində səfərlərdə olarkən, oradakı əksər universitetlərdə də bu cür furşet masalardan istifadə olunur. Biz də Avropanın bir parçasıyıqsa, hər mənada ora uyğunlaşmalıyıq.


Bufetimizdəki furşet masalardır. Bunlar da tələbələrin ayaq üstə qidalanması üçün nəzərdə tutulub. Oturmaq üçün deyil. Tələbələrin 15 dəqiqəlik tənəffüsü var, bu müddət ərzində onların əyləşməsi, yeməyini gətirib yeməsi vaxt alır. Düşünürük ki, bu cür masalarda tələbələrin ayaq üstə qidalanması daha gözəl görünür”.


***

09:46


Odlar Yurdu Universitetindəki qadağa geniş müzakirələrə səbəb olub.



Bakupost.az xəbər verir ki, sözügedən universitetin bufetində stullar yığışdırılıb. Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.


Bildirilıib ki, bufetdə qalan stullar yalnız müəllimlər üçün nəzərdə tutulub. Səbəb kimi isə "tələbələr bufetdə çox vaxt keçirir" deyə göstərilir.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar