Ru
17:56 / 23 Dekabr 2022

Olimpiya çempionunda dopinq aşkarlandı

9843
Olimpiya çempionu, çinli ağır atlet Lyu Xiaoyun dopinq qəbul etdiyinə görə müvəqqəti olaraq yarışlardan kənarlaşdırılıb.


Bakupost.az xəbər verir ki, bu haqda Beynəlxalq Test Agentliyi açıqlama verib.

Açıqlamada qeyd olunur ki, oktyabrın 30-da 38 yaşlı idmançıdan dopinq testi üçün nümunə götürülüb. Nümunədə qadağan olunmuş EPO maddəsi aşkar olunub.

İş yekunlaşana qədər idmançıya yarışlarda iştirak qadağan edilib.
Qeyd edək ki, Lyunun B nümunəsinin analizini tələb etmək hüququ var.
2012 və 2016-cı illərdə kişilər arasında 77 kq şəkidə olimpiya çempionu olan Lyu 81 kq çəkidə mübarizə apardığı 2020-ci il Olimpiadasında da qızıl medal qazanıb.

Aynur
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər