Ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti müşahidə olunur.
"Bakupost" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, noyabrın 24-ü saat 19:00-a olan məlumata əsasən, cənub-qərb küləyinin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 24, Kəlbəcər və Şahdağda 20, Qobustanda 19, Xınalıqda 18, Xızıda 17 m/s-dək güclənir.