Ru
12:42 / 16 May 2024

On gündür ki, qoşunlar sərhəddədir - Paşinyan

1382
"Azərbaycan demarkasiya prosesini bu dəfə tətbiq edilən format və alqoritmlə davam etdirməyə meyllidir".

Bakupost.az "Novosti Armeniya"ya istinadla xəbər verir ki, bunu Ermənistan hökumətinin mayın 16-da keçirilən iclasında baş nazirin müavini Mqer Qriqoryan deyib.

Öz növbəsində Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, yaxın 8-10 gün ərzində qəbul edilmiş qərarların icrası məsələsini həll etmək lazımdır.

“Artıq 10 gündür ki, Ermənistan Respublikasının sərhəd qoşunları Bağanis-Voskepar (Bağanis Ayrım-Əskipara) bölməsində xidmət edir. Yəni sərhəd dirəkləri quraşdırılan andan qoşunlar sərhədə yeridilib. Hazırda ərazi daimi xidmət üçün öyrənilir. Bu proses digər ərazilərdə də həyata keçiriləcək”, - deyə baş nazir yekunlaşdırıb.

Zaur
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər