Ru
16:10 / 31 May 2022

Onkologiyada vətəndaş zülüm çəkir, pulu olmayan ölür - Millət vəkili - VİDEO

Onkologiyada vətəndaş zülüm çəkir, pulu olmayan ölür - Millət vəkili - VİDEO
Eye

Nə vaxta qədər Azərbaycanda Onkologiyada xəstələr zülüm çəkməlidir? Pulu olan başını götürüb gedir Türkiyəyə, Almaniyaya, pulu olmayan burda qalıb ölür.

Bakupost.az xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa bu gün Milli Məclisin plenar iclasında onkoloji xəstələrdən və dərmanların keyfiyyətindən danışarkən deyib:

“Həqiqətən də onkoloji xəstələr üzrə vəziyyət acınacaqlıdır.

Burda xidmətin səviyyəsini normal etsək də, pulu olmayan insan bunu əldə edə bilmir. Onkoloji xəstələrin müalicəsi İcbari Tibbi Sığortaya daxil edilməlidir ki, imkanı olmayan vətəndaşlar bundan yararlana bilsin.

Bizdə dərmanların keyfiyyəti zəif, qiymətlər də bahadır. Dərman sənayemiz çox aşağı səviyyədir. Bəlkə biz Türkiyənin dərman sənayesi ilə öz dərman istehsalımızı birləşdirək? Belə bir təklif də vermişik. Necə ki, bir millət iki dövlət şüarımız var. Bunu bir millət, bir dərman, iki dövlət edək.

Elə şərait yaratmalıyıq ki, əhali ordan-burdan dərman alıb gətizdirməsin”.


Daha ətraflı videoda:





Aygün Musayeva
BakuPost


Şərhlər
  • t.ədalət

    Onkologiya xəstəxanasının böyüyü Cənab Prezidentin dayısıdır.Ona görə də ölkə qanunlarına məhəl qoymur.

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar