Ru
10:55 / 03 Avqust 2022

Onlar öz məhvini sürətləndirir - Çin Tayvanı hədələdi

1083
Pekin və Taybey arasındakı qarşıdurma Tayvanın Demokratik Tərəqqi Partiyası və adanın prezidenti Tsay İven tərəfindən qəsdən yaradılır. Bu, onların hakimiyyəti itirməsi və fəlakətlə üzləşməsinə səbəb ola bilər.


Bakupost.az xəbər verir ki, bunu "Sinxua" dövlət agentliyinə Çin Dövlət Şurası yanında Tayvan üzrə İşlər İdarəsinin nümayəndəsi Ma Syaoquan bildirib.


“Biz Tsay İven və Demokratik Tərəqqi Partiyası hakimiyyətinə “müstəqillik” naminə təxribatlar həyata keçirmək üçün xarici qüvvələrlə sövdələşməyə getməmək barədə xəbərdarlıq edirik. Bu sonda onların məhvini sürətləndirəcək və Tayvanı uçuruma sürükləyəcək", - Syaoquan deyib.


Onun sözlərinə görə, ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana dəvət edilməsi Tayvan boğazı tərəfləri arasında münasibətlərin sülh yolu ilə inkişafına xələl gətirib. Syaoquan hesab edir ki, Tayvanda separatçı hərəkat uğurlu olmayacaq, “ölkənin və millətin maraqlarına xəyanət etmək isə tam uğursuzluğa gətirib çıxaracaq”.


O vurğulayıb ki, “heç kim, heç bir qüvvə ərazi bütövlüyü və milli suverenliyin qorunmasında Çin xalqının möhkəm iradəsi və yüksək qabiliyyətinə" şübhə etməməlidir.


Qeyd edək ki, dünən Nensi Pelosi Tayvana uçub. O, Tayvan parlamentində olub, İnvenlə görüşüb və adanı “dünyanın ən azad cəmiyyətlərindən biri” adlandırıb. Pelosi səfərinin əsas məqsədinin Tayvanda “parlaq və dinamik” demokratiyaya dəstək vermək olduğunu bildirib. Pekin onun Tayvana uçmaq planlarını tənqid edərək, bunun Çin və ABŞ arasında münasibətləri pozacağına işarə edib.

Zaur
BakuPost
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər