Ru
13:41 / 30 Aprel 2025

Orxan Fikrətoğlunun yerinə təyin olunan Rəşad Əzizov kimdir? - DOSYE

Orxan Fikrətoğlunun yerinə təyin olunan Rəşad Əzizov kimdir? -  DOSYE
Eye

Xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikası Kino Agentliyinə baş direktor təyin olunub. Mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmri ilə Rəşad Əzizov bu vəzifəyə təyinat alıb.

Bakupost.az Rəşad Əzizovun tərcümeyi-halı ilə bağlı məlumatları təqdim edir:

Rəşad Fikrət oğlu Əzizov 1980-ci ildə Bakı şəhərində dövlət qulluqçusu ailəsində anadan olub. 1996-cı ildə Bakı şəhəri 160 nömrəli orta məktəbi əla qiymətlərlə bitirmiş, həmin ildə Bakı Dövlət Universitetinin “Hüquqşünaslıq” fakültəsinə daxil olub. 2000-ci ildə təhsilini fərqlənmə ilə başa vuraraq bakalavr, 2002-ci ildə isə dövlət hüququ ixtisası üzrə magistr dərəcəsi alıb.

2008-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin Aparatında İnformasiya məsələləri sektorunun müdiri, 2010-2018-ci illərdə isə Avropa ilə inteqrasiya sektorunun müdiri kimi işləyib və ona dövlət qulluğunun baş müşaviri dərəcəsi verilib. 2016-cı ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.

2018-ci ildən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin İnnovasiya və rəqəmsal inkişaf şöbəsinin müdiridir. 2007-ci ildə Sankt-Peterburq Dövlət Universitetində “Hüquqi tənzimləmə: informasiya aspekti” mövzusunda dissertasiya işini müdafiə edərək hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsini, 2017-ci ildə isə həmin universitetdə “İnternet” şəbəkəsində tənzimləmənin müqayisəli hüquqi təhlili” mövzusunda doktorluq işini müdafiə edərək hüquq elmləri doktoru elmi dərəcəsini alıb. 2 kitab (“Elektron hüququn əsasları” rus və Azərbaycan dillərində), 1 monoqrafiya (“İnternet” şəbəkəsində tənzimləmənin müqayisəli hüquqi təhlili” rus və Azərbaycan dillərində), Azərbaycan, Rusiya Federasiya, Ukrayna, Litvanın elmi jurnallarında dərc olunmuş 30-dan çox elmi məqalənin müəllifidir.

Həmçinin “Hüquq və internet”, “Hüquqi məsələlər və iqtisadiyyatda innovasiya” mövzusunda bir sıra beynəlxalq elmi konfransların iştirakçısı və məruzəçisi olub. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (informasiya və elektron hüquq, innovasiya və rəqəmsal inkişaf fənləri üzrə) müəllim kimi çalışıb.

2013-cü ilin oktyabrından “Azərbaycan Şən və Hazırcavablar Klubu”nun rəhbəridir.


2 oğul və 1 qız atasıdır.


Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar