Ru
11:53 / 12 May 2022

Oynaq, sümükləri ağrıyanlar bu pendirdən yesin - Həkim

Oynaq, sümükləri ağrıyanlar bu pendirdən yesin - Həkim
Eye

Ərinmiş, yumşaq pendir yüksək dərəcədə zülal və kalsium tərkibli olduğu üçün sümük və oynaqlar üçün faydalıdır.

Bakupost.az xəbər verir ki, bu barədə həkim, biotexnoloq Nataliya Denisova bildirib.

O təsdiq edib ki, həkimlər sümük və oynaq problemi olan xəstələrə müntəzəm ərinmiş sarı pendir yeməyi tövsiyə edir. Bu pendir sümük, oynaq əməliyyatı keçirənlərə də təyin olunur.

Orda olan çox miqdar kalsium, maqniy, natrium, fosfor sümüklərin, qığırdaqların dağılmasının qarşısını alır.

Eyni zamanda pendirlər çox miqdar duz tərkibinə görə təzyiq, şəkər, ürək xəstələri üçün təhlükəlidir. Onlar bu pendiri çox az yeməlidir.
Sümüklər üçün bananla yoqurt qarışımı da əvəzsizdir. Bu qarışım mikrofloranı da bərpa edir.

Aygün Musayeva
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar