Ru
13:13 / 04 İyul 2022

Özbəkistanda “Qazaxıstan ssenarisi” gözlənilir? - ŞƏRH

2207
Orta Asiya yenidən qarışır. Türk coğrafiyasında siyasi-ictimai xaosun yaradılmasına cəhd göstərilir. Böyük ehtimalla Orta Asiya üzərində nəzarət uğrunda geopolitik mübarizənin tərkib hissəsi olan bu proses yaxın gələcəkdə daha da dərinləşə bilər.


Yeni bir müharibə ocaqları yaranacaqmı? Özbəkistanda “Qazaxıstan ssenarisi” cəhdi ola bilərmi?


Məsələ ilə bağlı Bakupost.az -a Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, politoloq Tural İsmayılov açıqlama verib.


O, Özbəkistanın siyasi xəttinə diqqət çəkərək onun müstəqil ölkə kimi önəmini vurğulayıb:





“Təəssüflər olsun ki, Özbəkistan kimi sabit ölkədə daxili vəziyyətin qarışdırılması cəhdlərini müşahidə edirik. Ümumilikdə nəzərə almaq lazımdır ki, Mərkəzi Asiya respublikaları içərisində öz müstəqil mövqeyi ilə seçilir. Balanslı, rasional xarici siyasət kursu həyata keçirən ölkələr arasında üst sıralarda yer alır. Bu günə kimi Özbəkistan nə Avrasiya İqtisadi Birliyinə, nə də NATO-ya qoşulub, yaxud KTMT (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı) ilə hansısa fərqli məsafələr saxlamayıb. Özbəkistanın beynəlxalq təşkilatlara münasibəti hər zaman eyni olub. Bu gün Azərbaycanla birlikdə Qoşulmama Hərəkatında aktiv şəkildə iştirak edir. Eyni zamanda, Türk Dövlətləri Təşkilatı nəzdində də kifayət qədər önəmli mövqelərdən birinə malikdir”.


Politoloq Özbəkistandakı qarışıqlıq və daxili vəziyyət haqqında da danışıb:


“Təəssüflər olsun ki, Özbəkistan kimi sabit ölkədə daxili vəziyyətin qarışdırılması cəhdlərini müşahidə edirik. Hazırda Özbəkistan konstitutsiyasına Qaraqalpaqıstan Muxtar Respublikasının gələcəkdə Özbəkistandan ayrılmaq hüququ istəməsi ilə bağlı müddəanı tamamilə dəyişdirmək haqqında qərarını açıqlayır. Təbii ki, hüquq-mühafizə orqanlarının kifayət qədər güclü olduğu bir ölkədə həmin qərardan dərhal sonra bu hadisələrin baş verməsi düşündürücüdür. Qaraqalpaqıstan məsələsindən Özbəkistana qarşı təzyiq göstərmək, eyni zamanda Özbəkistanı daim nəzarətdə saxlamaq üçün həmin muxtar vilayətdə yeni separatçılıq ocağı yaratmaq istəyən beynəlxalq güclər bu məsələdən istifadə etməyə çalışırlar. Baxmayaraq ki, artıq Özbəkistan Prezidenti Qaraqalpaqıstana gedərək bundan sonra qərarlarda müəyyən dəyişikliklərin olacağını və Qaraqalpaqıstanın Özbəkistandan ayrılması ilə bağlı konstitutsiya dəyişikliyi haqqında çağırışlarının olma ehtimalını tanıdığını vurğulayıb. Amma hələ ki aksiyalar davam edir. Hesab edirəm ki, bütün bunlar Özbəkistanın müstəqil siyasət kursu həyata keçirməsi, eyni zamanda xarici siyasətdə mühüm siyasi vektorları və konturları uzlaşdırılmış şəkildə həyata keçirməsinə görə baş verib. Lakin istənilən halda, Özbəkistan güclü ölkədir və onun daxilində hansısa yeni bir müharibə ocaqları yaranacağını düşünmürəm”.


Fəridə
Baku Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər