Ru
09:46 / 27 Mart 2023

Padar kəndində qaz xətləri yenilənir - VİDEO

1424
SOCAR “Azəriqaz” İstehsalat Birliyi bütün ölkə üzrə qaz təchizatının yaxşılaşdırılması istiqamətində işləri davam etdirir.

Bakupost.az xəbər verir ki, Ağsu rayonunun Padar kəndində istismar müddəti başa çatan qaz xətlərinin əvəzlənməsi işləri həyata keçirilir. Torpaqla təmasda olan korroziyaya uğrayan qaz xətləri dayaqlar üzərinə qaldırılır, qapı keçidləri quraşdırılır. Qaz xəttinin çəkilişi ilə paralel olaraq dayaqlar betonlanır və boya işləri də icra olunur.


Yeni xətlərin çəkilişi yekunlaşdıqdan sonra xeyli abonentin qaz təchizatı yaxşılaşdırılacaq. Qeyd edək ki, qaz kəmərlərinin və avadanlıqların yenidən qurulması istiqamətində genişmiqyaslı işlər bundan sonra da davam etdiriləcək.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər