Hansı bank etibarlıdır? - SORĞU
Ru
12:35 / 11 İyul 2024

Milli Məclisi xilas etmək lazımdır - Seyran Səxavət

7772
Milli Məclisdə təmsil olunan deputatlar arasında zaman-zaman yazıçı və şairlər də olub.

Həmişə öz maraqlı fikirləri ilə oxucuların diqqətini cəkən yazıçı Seyran Səxavətin nə vaxtsa deputat olmaq istəyi olubmu?


Bakupost.az -a açıqlamasında yazıçı sualımıza elə sualla cavab verib:


“Sizcə, məndən deputat olar? Bunun üçün xüsusi, qeyri-adi bir qabiliyyət tələb olunur. Deputat olmaq üçün elə yollardan keçməlisən ki... Çətin məsələdir. Hətta bəlkə də ömürdən də uzaq yoldur. Bir sözlə, mənlik deyil. Həmişə eyni vaxtda iclasa getmək olar? Birdən ürəyim istəmədi, iclasa getmədim, bu da bir dəfə, iki dəfə... Axırda İntizam Komissiyası mənim davranışımı müzakirə edəcək”.





Yazıçı vəzifəyə görə azadlığını qurban vermək istəmədiyini bildirib:

“Azadlıq çox bahalı şeydir, onda bütün vitaminlər var. Bəlkə də çoxu düşünəcək ki, əli çatmır, ona görə belə deyir. Kim nə qədər istəyir gülsün, mən bildiyimi deyirəm. Səfər Alışarlıya da seçkilərdə uğurlar arzulayıram. Ona nə olub ki, maşallah, boylu-buxunludur, Moskvada oxuyub”.


S.Səxavət Milli Məclisdə yenilənməyə ehtiyac olduğunu deyib:


“Parlamentdə elə adamlar var ki, naftalin iyi verir. Bir az təzələnməlidirlər. O naftalin iyindən Milli Məclisi xilas etməyin vaxtı çoxdan çatıb. Elə ona görə vaxtından əvvəl parlament seçkiləri elan etdilər. Namizədlərin hamısına uğurlar arzulayıram”.

Vasif Əlihüseyn
BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar