Ru
17:01 / 18 Noyabr 2022

Partiya sədrinin ölkədən çıxışına qadağa qoyuldu

 Partiya sədrinin ölkədən çıxışına qadağa qoyuldu
Eye

Azərbaycan Yüksəliş Partiyasının (AY Partiya) başqanı Anar Əsədlinin ölkədən çıxışı məhdudlaşdırılıb.

Bakupost.az xəbər verir ki, Anar Əsədli bu gün Türkiyəyə səfərə gedərkən məlum olub ki, ölkədən çıxışına qadağa qoyulub.

Partiya başqanı məlumatı Qaynarinfo-ya təsdiqləyib.

"Bu gün Ankaraya səfərim var idi və məlum oldu ki, ölkədən çıxışıma Daxili İşlər Nazirliyi tərəfindən qadağa qoyulub. Hazırda Heydər Əliyev hava limanındayam. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin rəhbərliyi məlumatlandırılıb”, deyə Anar Əsədli bildirib.


Şərhlər
  • Coşqun

    Belə bir partiya var?Bu partiyanı harada kim görüb?Palaz altda partiya olur?Bunun məramı nə,üzvləri kimlər və neçə nəfər,harada görsəniblər? Vallah ayıbdır!

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar