Ru
17:45 / 17 Mart 2023

"Paşinyan Azərbaycana qarşı təxribat hazırlayır" - Politoloq

2923
“Paşinyan son mətbuat konfransında çıxışı zamanı çarəsiz bir siyasətçi obrazı yaratmağa çalışırdı. Onun ritorikasından belə anlaşıldı ki, əslində heç də öz düşüncə və yanaşması ilə danışmır. Bir tərəfdən Azərbaycanla sülh danışıqları prosesinə qoşulmaqdan d\m vurur, digər tərəfdən isə sanki kənar qüvvələrin təsiri nəticəsində geri addım ataraq öz sözünü təksib edirdi”.




Bunu Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri, siyasi ekspert Samir Hümbətov Bakupost.az -a açıqlamasında deyib.

Ekspertin sözlərinə görə, Nikol Paşinyanın Azərbaycanı ərazi iddialarında günahlandırmağa çalışması absurd yanaşmadır:

"Bu, əslində onun öz qeyri-konstruktiv addımların ört-basdır etmək məqsədi daşıyırdı".
Samir Hümbətov qeyd edib ki, Azərbaycan real sülh planı təqdim etsə də, Ermənistan təxribatlara əl atmağa davam edir:
“Ermənistan sadəcə olaraq, zamana oynayır. Paşinyan deyir ki, Azərbaycanla eskalasiya təhlükəsi ola bilər. Demək o, sərhəddə eskalasiyanın həyata keçirilməsi ilə bağlı hazırlıqlar aparır. Sabah gərginlik baş verəndə də deyəcək ki, mən demişdim, Azərbaycan hələ o vaxt bunu planlayırdı. Halbuki özü təxribat hazırlayır”.

Əfsanə Rəcəb
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin


Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər