Hansı bank etibarlıdır? - SORĞU
Ru
14:49 / 05 İyul 2024

“Paşinyan referenduma gedəcək” - Politoloq

1823
Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin yeni konstitusiyaya ehtiyacı olduğunu bildirib. Onun sözlərinə görə, indiki konstitusiya vətəndaşlar arasında ciddi sosial-psixoloji gərginlik yaradır. Onlar buna hakim elitanın yaratdığı və həyata keçirdiyi sənəd kimi baxırlar.


Bəs, Paşinyan Azərbaycan və Türkiyəyə ərazi iddialarının yer aldığı konstitusiyanı dəyişməkdə nə dərəcədə qərarlıdır?




Məsələ ilə Bakupost.az -a açıqlama verən politoloq Qabil Hüseynli deyib ki, Paşinyan dəfələrlə çıxışlarında keşişlərin və özünü tarixçi adlandıranların erməniləri yolundan azdırdığını bildirib.

Q.Hüseynilnin sözlərinə görə, Paşinyan xalqına reallıqları qəbul etdirmək niyyətindədir:

“Onun qarşısında keşişlərin və sərsəm tarixçilərin insanların beyninə yeritdiyi fikirlərdən xalqı xilas etmək vəzifəsi durur. Həqiqətən də Paşinyanın fikirləri erməni gerçəkliyinin açılmasında böyük rol oynadı. Ermənilərin ana qanunu təkcə Azərbaycana deyil, həm də erməni cəmiyyətinin özünə böyük ziyan vurur”.

Politoloq Paşinyanın konstitusiyanı dəyişmək üçün referenduma gedəcəyini bildirib:

“Bu bir az vaxt istəyir, çünki Paşinyanın özünə də təzyiqlər var. O, bir addım atan kimi ölkə qarışır. Bu, başıpozuq bir cəmiyyətdir və Paşinyan da onu düzəltmək istəyir”.

Vasif Əlihüseyn
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar