Hansı bank etibarlıdır? - SORĞU
Ru
13:53 / 06 İyul 2024

Pezeşkian milliyyəti ilə bağlı sualına necə cavab vermişdi? - VİDEO

3417
Xəbər verdiyimiz kimi, islahatçı ideyaları ilə tanınan Təbrizin keçmiş millət vəkili Məsud Pezeşkiyan prezident seçkilərində qalib gəlib.

Seçki kampanitası dövründə diqqət çəkən məqamlardan biri də İranın yeni prezidentinin vaxtilə ona verilən “türksən” sualına cavabı idi.

Bakupost.az xəbər verir ki, Pezeşkiyanın türk əsilli olması ilə bağlı müzakirələr hələ seçkilər öncəsi mətbuatda geniş yer tutmuşdu.

Pezeşkiyan müsahibəsibələrinin birində jurnalistin “Türksən?” sualına cavab vermişdi. Müxbir ona bu sualla müraciəıt etmişdi:
-Videoda kürdcə çox səlis danışırsınız. Hardansınız?
- Mən Azərbaycanın Mahabad şəhərində (Qərbi Azərbaycanda şəhər) anadan olmuşam.
- İndi kürdsünüz, yoxsa türk?
-Yəni mənim sözlərimdən anlamadın ki, mən kürd, yoxsa türkəm? Əvvəldən uşaqlarımın evdə farsca danışmasına belə icazə verməmişəm, biz azərbaycanca danışmışıq. Mən mütləq türk olduğumu, Azərbaycanda doğulduğumu demişəm. Atam türk, anam türk idi və mən türk olduğum üçün fəxr edirəm”.



Vasif Əlihüseyn
BakuPost


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar