Ru
15:44 / 30 Mart 2023

Prezidentin sədr təyin etdiyi Zaur Mikayılov kimdir? - DOSYE

Prezidentin sədr təyin etdiyi Zaur Mikayılov kimdir? - DOSYE
Eye

Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri təyin edilən Zaur Mikayılov sözügedən təyinatadək Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-yə rəhbərlik edib.

Bakupost.az xəbər verir ki, 49 yaşlı Mikayılov Zaur Rauf oğlu daha əvvəl ölkənin əsas marketlər şəbəkələrindən olan BRAVO-nun məxsus olduğu "Azərbaycan Supermarket” MMC-yə rəhbərlik edib.

O, "PAŞA Construction" tikinti şirkətində yüksək vəzifə tutub və "Port Baku Towers"in baş direktoru olub. 2001-2009-cu illər ərzində isə "Bakcell" MMC-də baş kommersiya inzibatçısı kimi çalışıb.

Zaur Mikayılov Bosfor Universitetinin "Biznesin idarə olunması" fakültəsini bitirib.

Qeyd edək ki, Zaur Mikayılov Şirvan Aşıq Məktəbinin banisi olan Aşıq Bilalın nəticəsi, ustad aşıq Aşıq Ağaların isə nəvəsidir. Atası Rauf Mikayılov tanınmış həkim olub və ötən il vəfat edib.

Şərhlər
  • t.ədalət

    Bizə onun vətənlə bağlı cəbhədəki xidməti lazımdır.Kimin nəvəsi olması əsas sayıla bilməz.

Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar