Ru
09:50 / 13 May 2025

İşdən çıxarılan direktorun daha bir vəzifəsi varmış

İşdən çıxarılan direktorun daha bir vəzifəsi varmış
Eye

Xəbər verdiyimiz kimi, Bakı şəhərində yerləşən 207 nömrəli tam orta məktəbin direktoru Yaqut Müseyibli işdən çıxarılıb. Direktor yayılan səsyazısında "Son zəng"ə görə pul yığmağı tapşırır.

Rəsmi açıqlamada deyilir ki, direktor fəaliyyətində yol verdiyi nöqsanlara görə vəzifəsindən azad edilib.

Bakupost.az -ın modern.az-a istinadla məlumatına görə, işdən çıxarılan direktor daha bir vəzifə daşıyırmış.

O, məntəqə seçki komissiyasının sədridir.

Belə ki, Yaqut Müseyibli 20 saylı Nərimanov II seçki dairəsinin 21 saylı məntəqəsinə rəhbərlik edirmiş.

Onun sözügedən vəzifədən də azad ediləcəyi gözlənilir.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar