Ru
14:03 / 13 May 2025

Bu ölkədə daşqınlarda 110-dan çox insan öldü

Bu ölkədə daşqınlarda 110-dan çox insan öldü
Eye

Konqonun şərqində yerləşən Cənubi Kivu əyalətində daşqınlar nəticəsində 110-dan çox insan həlak olub, ən azı 40 nəfər yaralanıb.

Bakupost.az TASS-a istinadən xəbər verir ki, bu barədə “7sur7” portalı məlumat yayıb.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, ən çox ziyanın dəydiyi Fizi bölgəsində 150-dən çox ev dağılıb, təxminən 850 nəfər evsiz qalıb.

Bölgə rəhbəri Semmi Kalonci bildirib ki, axtarış-xilasetmə işləri davam edir.

Cənubi Kivuda daşqın mayın 8-9-da güclü yağışlardan sonra başlayıb.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar