Ru
14:51 / 27 Oktyabr 2026

Elektrikli avtomobillər benzinin sonunu gətirəcək? – Ölkəmizdə bazar tamamilə dəyişir

Elektrikli avtomobillər benzinin sonunu gətirəcək? – Ölkəmizdə bazar tamamilə dəyişir
Eye

Azərbaycanda elektrik və hibrid avtomobillərin sayının artması ölkənin benzin bazarına və karbohidrogenlərə olan tələbatına təsir göstərə bilər. Sərnişin avtomobillərinin alternativ enerji ilə işləyən nəqliyyat vasitələri ilə əvəzlənməsi yanacaq istehlakını azaltsa da, neft-kimya məhsullarına tələbatın artması bu sahədə yaranacaq itkiləri kompensasiya edə bilər.

İqtisadçı və enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev “Bakupost”a bildirib ki, elektrikli nəqliyyat vasitələrinin artması ölkələrin benzin bazarına və karbohidrogenlərə olan tələbatına sistemli təsir göstərir, neft istehlakını azaldır və avtomobil bazarında güc balansını dəyişir.

Ekspert bildirib ki, Azərbaycan Respublikasının Baş naziri tərəfindən 22 oktyabr 2026-cı il tarixində “Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası” təsdiqlənib. Strategiya 2060-cı ilədək xalis sıfır emissiya hədəfinə nail olunmasını nəzərdə tutur.

Zəfər Vəliyevin sözlərinə görə, elektrikli nəqliyyat vasitələri ölkələrin benzin bazarına və karbohidrogenlərə olan tələbatına sistemli təsir göstərir. Bu proses neft istehlakını azaldır və avtomobil bazarında güc balansını dəyişir.

Ekspertin təqdim etdiyi məlumata əsasən, hazırda Azərbaycanda 6974 elektrik mühərrikli, 83 min 351 isə hibrid mühərrikli nəqliyyat vasitəsi var. Ekoloji təmiz, elektrik və hibrid mühərrikli avtomobillər ölkədə qeydiyyatda olan bütün nəqliyyat vasitələrinin 4,7 faizini təşkil edir. Dövlət qeydiyyatında olan nəqliyyat vasitələrinin ümumi sayı 1 milyon 909 min 873 ədəddir.

O bildirib ki, 2023-cü ildən başlayaraq dövlət qeydiyyatına alınan elektrik və hibrid mühərrikli nəqliyyat vasitələrinin sayı iki dəfə artıb. Ekspertin fikrincə, bu artım təbii olaraq benzin istehlakına da təsirsiz ötüşməyəcək.

Zəfər Vəliyev qeyd edib ki, sərnişin avtomobillərinin mərhələli şəkildə ekoloji təmiz enerji ilə işləyən nəqliyyat vasitələri ilə əvəzlənməsi həm benzin, həm də dizel yanacağının istehlakına təsir göstərəcək. Bununla belə, neft-kimya məhsullarına artan tələbat yanacaq bazarında yaranacaq itkiləri əvəzləyə bilər.

Vüsalə Hüseynova,
BakuPost

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar