Ru
15:18 / 27 Oktyabr 2026

Bakiri: "Sanksiyalar və dəniz blokadası ləğv edilmədən ciddi danışıqlar olmayacaq"

Bakiri: "Sanksiyalar və dəniz blokadası ləğv edilmədən ciddi danışıqlar olmayacaq"
Eye

İran ABŞ ilə ciddi danışıqların başlaması üçün Vaşinqtonun 7 şərti qəbul edib yerinə yetirməli olduğunu bildirib.

“Bakupost” xəbər verir ki, İran Ali Milli Təhlükəsizlik Şurası sədrinin müavini Əli Bakiri şərtlərə dəniz blokadasının aradan qaldırılması, Hörmüz boğazından təhlükəsiz keçidin təmin edilməsi, sanksiyaların ləğvi, neft ixracına güzəştlər, dondurulmuş aktivlərin azad edilməsi, nüvə məsələlərinin İran sərhədləri daxilində saxlanılması və müharibənin başa çatdırılmasının daxil olduğunu deyib.

Bakiri ABŞ-nin əvvəlki danışıqlarda üzərinə götürdüyü öhdəlikləri dəfələrlə pozduğunu iddia edib. O bildirib ki, Vaşinqton şərtləri yerinə yetirərsə, ciddi danışıqların mümkünlüyü qiymətləndirilə bilər.

Vüsalə Hüseynova,
BakuPost

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar