Hörmüz boğazı ətrafında yaranan böhran dünya üzrə yanacaq xərclərini artırıb. Ən çox zərər görən ölkə ABŞ olub.
“Bakupost” xəbər verir ki, Enerji və Təmiz Hava Araşdırmaları Mərkəzinin (ETHAM) təhlilinə görə, fevralın sonunda ABŞ və İsrailin İrana hücumlarından sonra benzin və dizelin bahalaşması dünya üzrə istehlakçılara əlavə 468 milyard dollara başa gəlib.
Bunun 160 milyard dolları ABŞ-nin, 54 milyard dolları Çinin, 17 milyard dolları isə Kanadanın payına düşüb.
ABŞ-də adambaşına əlavə yanacaq xərci 471 dollar olub. Benzinlə işləyən avtomobil sürücüləri mart ayından bəri yanacağa orta hesabla əlavə 440 dollar xərcləyib, elektrikli avtomobil istifadəçilərinin enerji doldurma xərclərindəki artım isə 17 dollar təşkil edib.
ETHAM-ın məlumatına görə, yanacaq istehlakını azaltmaqla Çin 10,8 milyard dollar, Almaniya 3,7 milyard dollar, ABŞ isə 5,7 milyard dollar qənaət edib.
Vüsalə Hüseynova,
BakuPost