Ru
22:28 / 27 Oktyabr 2026

Trampdan "süni intellekt" qadağası...

Trampdan "süni intellekt" qadağası...
Eye

ABŞ-də müvafiq sənədlərdə və digər materiallarda "süni intellekt" (AI – Artificial Intelligence) terminindən istifadənin rəsmi şəkildə qadağan edilməsi planlaşdırılır və buna səbəb terminin qeyri-dəqiq hesab edilməsidir.

"Bakupost" xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkəsində bildirib.

Onun sözlərinə görə, AI əvəzinə "superintellekt" (SI - Super Intelligence) istifadə edilməlidir, çünki bu adı artıq demək olar ki, hamı istifadə edir və ya tezliklə istifadə etməyə başlayacaq.

"Tezliklə biz qeyri-dəqiq olduğuna görə bütün müvafiq sənədlərdə və digər materiallarda AI - Artificial Intelligence termininin istifadəsini rəsmən qadağan edəcəyik", - o yazıb.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar