Ru
22:37 / 27 Oktyabr 2026

Ərdoğan və Makron telefonla danışdı

Ərdoğan və Makron telefonla danışdı
Eye

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı baş tutub.


"Bakupost" Türkiyə mediasına istinadən xəbər verir ki, liderlər ikitərəfli münasibətləri, regional və qlobal məsələləri müzakirə ediblər.

Tərəflər Birləşmiş Millətlər Təşkilatının (BMT) yeni Baş katibinin seçilməsi prosesinə də toxunublar.

Ərdoğan bildirib ki, yeni baş katib BMT-ni yenidən çoxtərəfliliyin mərkəzinə çevirə biləcək, zəruri islahatları səmərəli şəkildə həyata keçirmək üçün müvafiq baxışa və təcrübəyə malik olmalıdır.

Türkiyə prezidenti həmçinin Makronu ölkəsində keçiriləcək COP31 Liderlər Sammitinə dəvət edib.

Fransa Prezidenti isə Ərdoğanı Türkiyənin Respublika Günü münasibətilə təbrik edib.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar