Ru
23:54 / 27 Oktyabr 2026

Qubada 5 mərtəbəli bina satılır: 2,9 milyona - FOTO

Qubada 5 mərtəbəli bina satılır: 2,9 milyona -  FOTO
Eye

Quba şəhəri, Heydər Əliyev prospekti, 205/1 ünvanında yerləşən qeyri-yaşayış binası hərrac vasitəsilə satışa çıxarılıb.

"Bakupost" Yeniavaz.com-a istinadla xəbər verir ki, icra məmurlarının sifarişi əsasında hərraca çıxarılan obyekt 5 mərtəbədən ibarətdir.

Satışa çıxarılan obyektin torpaq sahəsinin ölçüsü 0,1088 hektara bərabərdir. Ümumi sahəsi 3 175,1 kv. metr olan və “Zamin Apart” adlı otel kimi fəaliyyət göstərən obyektin başlanğıc qiymətinin 2 milyon 930 min manat olduğu bildirilir.



Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar