Ru
13:48 / 27 Oktyabr 2026

İnsanların ən çox həbs edildiyi ölkələrin siyahısı: Azərbaycan neçənci yerdədir?

İnsanların ən çox həbs edildiyi ölkələrin siyahısı:  Azərbaycan neçənci yerdədir?
Eye

100 min nəfər hesabı ilə adambaşına düşən məhbus sayına görə dünyanın “lider” ölkəsi El-Salvadordur.

"Bakupost" “World Prison Briefin” son statistikasına istinadla xəbər verir ki, bu ölkədə hər 100 min nəfərə 1659 nəfər məhbus düşür.

İkinci yerdə isə, 794 nəfərlə Kuba gəlir. İlk üçlüyü Ruanda tutur- təxminən 637 nəfər. Sonrakı 4 yerdə 576 nəfərlə Türkmənistan, 538 nəfərlə Amerika Samoası, 533 nəfərlə Panama və 531 nəfərlə ABŞ gəlir.

İlk onluğu Tonqa – 516 nəfər, Türkiyə – təxminən 505 nəfər və Çili-329 nəfərlə tamamlayır.

Azərbaycana gəldikdə, ölkəmizdə hər yüz minə düşən məhkum sayı 264-271 nəfər ətrafındadır (müxtəlif rəsmi və Avropa Şurasının SPACE I hesabatlarına əsasən). Bu göstəriciyə görə, Azərbaycan Avropa Şurası məkanında, Türkiyədən sonra, 2-ci yerdə qərarlaşıb.

Rüfət Sultan,
BakuPost

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar