Ru
12:54 / 27 Oktyabr 2026

Oksford universitetinin məzunu TAU tələbələrinə seminar keçib

Oksford universitetinin məzunu TAU tələbələrinə seminar keçib
Eye

Türkiyə-Azərbaycan Universitetində (TAU) "Karyera planlaması" çərçivəsində seminar keçirilib.

"Bakupost" xəbər verir ki, Bilkent, Qroningen və Oksford universitetlərində təhsil almış, təcrübəli və gənc mütəxəssis Hüseyn Piriyev TAU tələbələrinə "Beynəlxalq təcrübə, peşəkar inkişaf və karyera planlaması" mövzusunda seminar verib.

Seminarı giriş sözü ilə açan TAU-nun rektoru dos. Nəcibə Nəsibova xaricdə təhsil almış gənc mütəxəssislərin beynəlxalq təhsil və iş mühitində qazandıqları təcrübənin tələbələrin gələcək inkişafı baxımından əhəmiyyətini vurğulayıb və Hüseyn Piriyevə dəvəti qəbul etdiyi üçün təşəkkür edib.

Daha sonra tədbirdə iştirak edən tələbələrə H. Piriyevi yaxından tanıtmaq məqsədilə onun haqqında video çarx nümayiş etdirilib.

Çıxışına TAU rəhbərliyinə və professor-müəllim heyətinə təşəkkür edərək başlayan Hüseyn Piriyev, Bilkent Universitetində sənaye mühəndisliyi üzrə bakalavriat, Qroningen Universitetində texnologiya və əməliyyat idarəetməsi üzrə magistratura və Oksford Universitetində MBA təhsili müddətində qazandığı təcrübələri tələbələrlə bölüşüb. O, sənaye mühəndisliyinin mühəndislik və idarəetməni birləşdirən geniş imkanlara malik sahə olduğunu, bu ixtisasın müxtəlif istiqamətlərdə karyera qurmağa əlverişli zəmin yaratdığını qeyd edib.

Gənc mütəxəssis, tələbəlik illərinin özünü tanımaq, fərqli istiqamətlərdə sınamaq və gələcək karyera hədəflərini müəyyənləşdirmək üçün mühüm mərhələ olduğunu qeyd edib. O, bu çərçivədə, tələbələrə öz güclü və zəif tərəflərini düzgün qiymətləndirməyi, iş dünyası ilə akademik mühitin tələb etdiyi fərqli bacarıqları nəzərə almağı və şəxsi inkişaflarını məqsədyönlü şəkildə planlaşdırmağı tövsiyə edib.

Hüseyn Piriyev həmçinin beynəlxalq peşəkar sertifikatların əhəmiyyətinə toxunub. Bildirib ki, nüfuzlu universitetlərdə əldə edilən akademik göstəricilərlə yanaşı, praktiki bacarıqlar, tənqidi düşüncə, problemlərə yaradıcı həll tapmaq, kommunikasiya və şəbəkələşmə bacarıqları da müasir iş dünyasında xüsusi əhəmiyyət daşıyır.

Tələbələrin böyük marağına səbəb olan seminar H.Piriyevlə aparılan geniş sual-cavab sessiyası ilə yekunlaşıb.

Oksford universitetinin məzunu TAU tələbələrinə seminar keçib
Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar