Ru
15:15 / 13 May 2025

Əcnəbilər Azərbaycanda hansı sahələrdə işləyir?

Əcnəbilər Azərbaycanda hansı sahələrdə işləyir?
Eye

2024-cü ildə Azərbaycanda haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazəsi verilmiş əcnəbilərin sayı açıqlanıb. Dövlət Miqrasiya Xidmətinin müraciəti əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 4.251 əcnəbiyə Azərbaycan ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazəsi verilib, 5.106 əcnəbinin isə mövcud icazəsinin müddəti uzadılıb.

Bəs, əcnəbilər Azərbaycanda hansı sahələrdə çalışırlar?

Dövlət Statistika Komitəsindən Bakupost.az- ın sorğusuna cavab olaraq bildirilib ki, 2024-cü ilin sonuna ölkə ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün verilmiş və müddəti uzadılmış iş icazəsi qüvvədə olan əcnəbi və vətəndaşlığı olmayan şəxslərin sayı 8.141 nəfər təşkil edib.

“Onlardan 34,7 faizi tikinti sahəsində, 9,8 faizi mədənçıxarma sənayesində, 9,3 faizi emal sənayesində, 8,6 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahəsində, 6,1 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri sahəsində, 5,4 faizi təhsil sahəsində, 26,1 faizi isə digər sahələrdə çalışır,” – deyə qurumdan bildirilib.

Lalə Novruz,
BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar