Ru
14:12 / 13 May 2025

İmişlidə SSRİ bayrağı qaldıran sədr danışdı: "Bunun nəyi pisdir ki?" - VİDEO

İmişlidə SSRİ bayrağı qaldıran sədr danışdı:  "Bunun nəyi pisdir ki?" - VİDEO
Eye

İmişli rayonunda 9 May Qələbə günü tədbiri zamanı SSRİ bayrağı qaldırılıb. Hadisə rayonunun Sarıxanlı kəndində baş verib.

Bakupost.az xəbər verir ki, SSRİ bayrağı İkinci Dünya müharibəsi xatirə kompleksinin üzərinə sancılıb. Sosial şəbəkədə yayılan görüntülər cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb.

Tədbirdə, həmçinin rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov SSRİ bayrağı fonunda sinəsində rus imperiyasının rəmzi olan "Georgi lenti" ilə çıxış edib.

Modern.az məsələ ilə əlaqədar Saleh Səmədovla əlaqə saxlayıb.

O bildirib ki, burada heç bir pis şey yoxdur.

"Bunun nəyi pisdir ki? SSRİ kimi böyük dövlət olub, onun bayrağıdır", - Saleh Səmədov qeyd edib.

Saleh Səmədov sonda jurnalistləri təhqir edib: "İkincisi, bunun sizə nə aidiyyəti var. Boş-boş işlərlə məşğul olursunuz".


Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar