Ru
16:35 / 13 May 2025

Küçədə döyülərək öldürülən məktəblinin FOTOSU

Küçədə döyülərək öldürülən məktəblinin FOTOSU
Eye

Xəbər verdiyimiz kimi, dünən axşam saatlarında Gəncə şəhərində küçədə döyülən 18 yaşlı Elgün İbrahimov bu gün xəstəxanada aldığı ağır kəllə-beyin travmasından vəfat edib.

Bakupost.az -ın "Qafqazinfo"ya istinadən məlumatına görə, qətlə yetirilən oğlan Gəncədəki 34 saylı məktəbin 11-ci sinif şagirdi imiş. O, bir neçə gün öncə buraxılış imtahanında yüksək nəticə göstərib.

E. İbrahimov bir ay sonra keçiriləcək “Son zəng” tədbirinə hazırlaşırmış.

Bildirilib ki, məktəbli şəhərin M.Xəlilov küçəsində dava-dalaş zamanı başından xəsarət alıb.

Hadisəni törədən şəxs və ya şəxslərin saxlanılması istiqamətində polis tərəfindən tədbirlər görülür.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar