Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın mayın 15-də İstanbulda keçiriləcək mümkün danışıqlarda iştirakı məsələsinə aydınlıq gətirilməyib.
Bakupost.az xəbər verir ki, bu barədə RİA Novosti-yə türk diplomatik mənbəsi məlumat verib.
“Bu məsələyə hələ aydınlıq gətirilməyib: “Yaxşı olardı ki, bu ölkələrin diplomatik nümayəndəlikləri ilə əlaqə saxlayasınız,” - agentliyin mənbəsi bildirib.
Mayın 13-də ABŞ-ın Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloq Trampın danışıqlar üçün İstanbula yalnız Putin orada iştirak edəcəyi halda uçacağını bildirib.
Kelloq Rusiya və Ukrayna arasında İstanbulda mümkün danışıqların “diqqətçəkən görüş” ola biləcəyini də qeyd edib.
Zaur,
BakuPost