Ru
19:50 / 13 May 2025

Gəncədə öldürülən məktəbli ilə bağlı - YENİ FAKTLAR

Gəncədə öldürülən məktəbli ilə bağlı - YENİ FAKTLAR
Eye

Xəbər verdiyimiz kimi, dünən axşam saatlarında Gəncə şəhərində küçədə döyülən 18 yaşlı Elgün İbrahimov bu gün xəstəxanada aldığı ağır kəllə-beyin travmasından vəfat edib.

Bakupost.az "TV5 Gəncə Xəbər"ə istinadən xəbər verir ki, qətlə yetirilən oğlan Gəncədəki 34 saylı məktəbin 11-ci sinif şagirdi olub. O, bir neçə gün öncə buraxılış imtahanında yüksək nəticə göstərib.

E. İbrahimov bir ay sonra keçiriləcək “Son zəng” tədbirinə hazırlaşırmış. Məktəbli şəhərin M.Xəlilov küçəsində dava-dalaş zamanı başından xəsarət alıb. Hadisəni törədən şəxs və ya şəxslərin saxlanılması istiqamətində polis tərəfindən tədbirlər görülür.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar