Kriminal aləmdə daha çox Kaxetiyalı Zura kimi tanınan 49 yaşlı Sankt-Peterburqlu "qanuni oğru" Serqo Tsotsxalaşvili saxlanılıb.
"Bakupost" "Unikal"a istinadla xəbər verir ki, əməliyyatı Vladiqafqazda Baş Cinayət Axtarışı İdarəsinin əməkdaşları respublika Daxili İşlər Nazirliyinin həmkarları ilə birlikdə keçiriblər.
Məlumata görə, gürcü cinayətkar avtoriteti 2016-cı ildə Sankt-Peterburqun Primorski Rayon Məhkəməsi tərəfindən federal axtarışa verildikdən sonra düz 10 il gizlənib.
Şimali Osetiyada saxlanılan şəxs sərhədi qanunsuz olaraq keçərək Gürcüstanda sığınacaq axtarmaq niyyətində olub.
Serqo Tsotsxalaşvili 2014-cü ilin mart ayında Türkiyədə oğurluqda təqsirli bilinib. İki il sonra o, Mərakeş restoranında həbs zamanı narkotik maddə saxladığına görə üç il şərti həbs cəzası alıb.
Şərti hökm ləğv edildikdən və iş yenidən məhkəməyə göndərildikdən sonra o, qaçmağa başlayıb və o vaxtdan bəri ondan xəbər alınmayıb.
Saxlanılan şəxs yaxın gələcəkdə Sankt-Peterburqa köçürüləcək.
Qeyd edək ki, Serqo Tsotsxalaşviliyə 2014-cü ilin martında Türkiyədə mərhum azərbaycanlı "qanuni oğru" Rövşən Lənkəranski "tac" taxıb.