Ru
19:46 / 31 Oktyabr 2026

Kallas G20-də Lavrovu yalan danışmaqda ittiham etdi

Kallas G20-də Lavrovu yalan danışmaqda ittiham etdi
Eye

Avropa İttifaqı diplomatı Kaya Kallas Rusiyanın Ukrayna ilə bağlı sülh danışıqlarına başlamaq üçün heç bir istəyinin olmadığını bildirib.


"Bakupost" xarici mediaya istinadla xəbər verir ki, Kallas bu sözləri ABŞ-nin Atlanta şəhərində keçirilən G20 xarici işlər nazirlərinin görüşü zamanı jurnaistlərə bildirib.

O bildirib ki, Rusiya xarici işlər naziri görüşdə bir çox yalan və təhrif olunmuş məlumat verib. Lakin avropalı iştirakçılar onları təkzib edə biliblər.

AFP jurnalistinin Lavrovun müharibəyə son qoymaq üçün güzəştə getməyə hazır olub-olmadığı barədə sualına cavab verən Kallas Rusiyanın praktiki hərəkətlərinin danışıqlara hazırlıq barədə verdiyi açıqlamalarla uyğun gəlmədiyini vurğulayıb.

Kallas Moskvanı sülh danışıqlarına hazır olduğunu praktikada sübut etməyə çağırıb. O, həmçinin iyul, avqust və sentyabr aylarını Ukraynadakı mülki şəxslər üçün ən ölümcül aylar adlandırıb.

Almaniyanın xarici işlər naziri Yohann Vadeful daha əvvəl Ukraynadakı müharibə səbəbindən avropalı iştirakçıların Lavrovla ənənəvi qrup şəkli çəkdirmədiklərini bildirmişdi.

Vadeful fikir ayrılıqlarını müzakirə etmək üçün Rusiya ilə dialoqa ehtiyac olduğunu etiraf etdi. Bununla belə, o, bu cür təmasların münasibətlərin normal vəziyyətə qayıtdığı təəssüratını yaratmamalı olduğunu vurğuladı.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar